Ermənistan delimitasiya komissiyalarının əsasnaməsini təsdiq edib

   Ermənistan delimitasiya komissiyalarının əsasnaməsini təsdiq edib
  14 Dekabr 2023    Oxunub:1008
Ermənistan hökuməti Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyaların iş reqlamentini təsdiqləyib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini və delimitasiya komissiyasının rəhbəri Mher Qriqoryan məlumat verib. O qeyd edib ki, hazırkı sənəd texniki xarakter daşıyır, görüşlərin və işlərin təşkili proseduruna aiddir.

Qriqoryan Azərbaycanın da analoji qərarı verəcəyini vurğualyıb.

“Növbəti mərhələdə biz başqa, daha ətraflı reqlament hazırlamalıyıq. Burada prosesin “xəritə” və “hüquqi sənəd” anlayışları müəyyən edən metodologiyası təqdim ediləcək, Hesab edirəm ki, metodologiyanı razılaşdırdıqdan sonra biz konkret sənədlər və topoqrafik xəritələr üzərində işi davam etdirəcəyik”, - deyə Ermənistan baş nazirinin müavini bildirib.

M.Qriqoryan qeyd edib ki, bundan sonra tərəflər sənədləri bir-birinə təqdim etməyə, onları dəyərləndirməyə və fikir mübadiləsi aparmağa başlayacaqlar. Onun sözlərinə görə, hazırkı sənəd hər iki ölkədə təsdiqləndikdən sonra tərəflər tərəfindən dərc olunacaq.

Öz növbəsində baş nazir Nikol Paşinyan da sənədin dərcinin vacibliyini bəyan edib.
"Cəmiyyət və ekspertlər sərhədlərin delimitasiyası prosesinin necə baş verəcəyi ilə tanış olmaq imkanı əldə edəcəklər.

"Belə bir anlayış var ki, işi intensivləşdirmək və bu istiqamətdə irəliləyişə nail olmaq lazımdır. Təbii ki, elan edilmiş razılaşmalar çərçivəsində olmalıdır", - Paşinyan qeyd edib.

Xatırladaq ki, noyabrın 30-da Ermənistan və Azərbaycan sərhədində iki ölkənin baş nazirlərinin müavinləri Mher Qriqoryanla Şahin Mustafayev arasında sərhədin delimitasiyası üzrə dövlət komissiyalarının beşinci iclası keçirilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti