Papanın cərrahına qarşı istintaq başlayıb

 Papanın cərrahına qarşı istintaq başlayıb
  14 Dekabr 2023    Oxunub:1115
Roma prokurorluğu Roma Papası Fransiski əməliyyat etdirən cərrah Sercio Alfieri ilə bağlı istintaqa başlayıb.
Bu barədə “La Stampa” qəzeti məlumat yayıb. Qeyd olunub ki, həkim qəsdən yalan məlumat verməkdə ittiham olunur. İş materiallarına görə, Alfieri əməliyyat sənədlərinə imza atıb, baxmayaraq ki, o, özü əməliyyat otağında olmasa da, xəstələri şəxsi qəbul edib.

Müstəntiqlər Romadakı Agostino Gemelli Xəstəxanasının rəhbərliyinin bu təcrübədən xəbərdar olub-olmadığını araşdırır. Alfieri 2021 və 2023-cü illərdə Papanın üzərində iki əməliyyatı keçirib.

AzVision.az


Teqlər:





Xəbər lenti