Təbriz komandası yenə cəzalandırıldı

   Təbriz komandası yenə cəzalandırıldı
  14 Dekabr 2023    Oxunub:1000
İranın futbol federasiyası Təbrizin “Traktor” klubunu növbəti dəfə cəzalandırıb.
AzVision.az “Güney Azfront” teleqram-kanalına istinadən xəbər verir ki, Təbriz komandasının tərəfdarlarının bundan əvvəl stadionda idmana aidiyyəti olmayan şüarlar səsləndirmələrinə görə, “Traktor” və Tehranın “Paykan” komandaları arasındakı görüş Təbrizdə tamaşaçısız keçiriləcək.

Bu, son 1 ayda Təbriz komandasına qarşı ikinci cəza tədbiridir. Noyabrın 25-də “Traktor” komandasının azarkeşləri Xuzistanın “Fulad” komandası ilə görüşdə milli şüarlar səsləndirdikləri üçün Azərbaycan komandası 100 milyon tümən cərimə edilib.

Həmin matç zamanı azərbaycanlı azarkeşlər “Türk dilində mədrəsə, olmalıdır hər kəsə!”, “Azərbaycan var olsun, istəməyən kor olsun!” kimi milli şüarlar səsləndiriblər.

İranın futbol federasiyası Azərbaycan dilində səsləndirilən şüarları qeyri-etik hesab edib.
AzVision.az


Teqlər: İran   "Traktor"  





Xəbər lenti