Polşada polisə qarşı terror aktının qarşısı alınıb

Polşada polisə qarşı terror aktının qarşısı alınıb
  14 Dekabr 2023    Oxunub:808
Polşa kəşfiyyat xidmətləri polis əməkdaşlarına qarşı terror aktının qarşısını alıb.
Bu barədə RMF FM radiostansiyası məlumat yayıb. Müstəntiqlərin fikrincə, 2022-ci ilin sonunda İslamı qəbul etmiş 18 yaşlı gənc polis komendantlığında terror aktı törətmək üçün kamikadze kəmərindən istifadə etmək istəyib.

Prokurorluğun məlumatına görə, gənc “Əl-Qaidə” terror təşkilatının banisi Üsamə bin Ladendən nümunə götürüb, İŞİD-in fəaliyyətindən ruhlanıb və yaraqlılarla təmasda olub.
Hücumçu partlayıcı qurğunun dizaynı, eləcə də onun komponentləri haqqında məlumat axtararkən Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Prokurorluqdan bildirilib ki, saxlanılan şəxsin evində aparılan axtarış zamanı cinayətin törədilməsinə dair sübutlar aşkar edilib. Gənci, günahı məhkəmədə sübuta yetirilərsə, 8 ilə qədər həbs cəzası gözləyir.

AzVision.az


Teqlər:





Xəbər lenti