İranda xanım cərrah hicaba görə universitetdən qovulub

İranda xanım cərrah hicaba görə universitetdən qovulub
  14 Dekabr 2023    Oxunub:846

Bir müddət əvvəl Gilan əyalətinin Babol şəhərində nümunəvi həkimlərin təltifetmə marisiminə başıaçıq qatılan cərrah Fatimə Rəcayirad cəzalandırılıb.
AzVision.az xanım Rəcayiradın sosial media hesabında etdiyi paylaşıma istinadən xəbər verir ki, cərrah həkim Babol şəhərinin Tibb Elmləri universitetindən qovulduğu barədə rəsmi məktub alıb.

Qeyd edək ki, bundan əvvəl onun universitetdə dərs deməsinə qadağa qoyulmuşdu.

Bununla yanaşı, təltifetmə mərasimində iştirak edən Amol universitetinin tibb fakültəsinin müdiri, Amol şəhərinin “İmam Xomeyni” xəstəxanasının məsul şəxsi və Mazandaran əyalətinin tibb sisteminin rəhbəri tutduqları vəzifələrdən çıxarılıblar.
AzVision.az


Teqlər: İran   hicab  





Xəbər lenti