İsrail: "HƏMAS üzərində qələbə bir neçə ay çəkəcək"

      İsrail:    "HƏMAS üzərində qələbə bir neçə ay çəkəcək"
  14 Dekabr 2023    Oxunub:822
Qəzza zolağında HƏMAS-ın infrastrukturunu məğlub və məhv etmək bir neçə aydan çox vaxt aparacaq.
AzVision.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla görüşü zamanı deyib

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, onların görüşü Təl-Əvivdəki İsrail Müdafiə Nazirliyi kompleksində baş tutub.

“HƏMAS 10 ildən artıqdır ki, İsrailə qarşı döyüşmək üçün yaradılan və hazırlaşdırılan terror təşkilatıdır. Onlar yerin altında və yerin üstündə bir infrastruktur inşa ediblər ki, onu məhv etmək o qədər də asan deyil. Bu, bir neçə aydan çox davam edəcək, amma biz onları məhv edəcəyik”, - deyə nazirliyin mətbuat xidməti Galantın Sallivana açıqlamasını yayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti