"Qəzza artıq yaşanılası bir yer deyil" - BMT

   "Qəzza artıq yaşanılası bir yer deyil" -    BMT
  14 Dekabr 2023    Oxunub:883
Qəzzada dağıntılar o qədər böyükdür ki, oranı yaşanıla biləcək yer adlandırmaq çətindir.
AzVision.az xəbər verir ki, bu sözləri BMT-nin Fələstin Qaçqınlarına Yardım Agentliyinin (UNRWA) baş komissarı Filippa Lazzarini deyib.

“Mən Qəzzadan qayıtdım. Bu, müharibə başlayandan bəri ora üçüncü səfərim idi. Və hər dəfə vəziyyət daha da pisləşir. Bu gün Qəzza artıq yaşanılası bir yer deyil”.

Lazzarini həmçinin əlavə edib ki, dekabrın 1-dən Qəzzada döyüşlər bərpa olunduqdan sonra BMT anklavın şimal hissəsinə çıxışı itirib.

AzVision.az


Teqlər:





Xəbər lenti