"Moskva, Bakı və İrəvan arasında üçtərəfli sazişlər hələ də qüvvədədir" - Rusiya XİN
Nazirlik nümayəndəsi vurğulayıb ki, söhbət ən yüksək səviyyədə olan razılaşmalardan gedir. Üstəlik, sonuncu razılaşma 2020-ci ildən 2022-ci ilə qədər olan dövrdə müxtəlif vaxtlarda nail olunub.
“Biz bu məsələlərin aydınlaşdırılmasını zəruri hesab edirik. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin bəyanatlarından ibarət üçtərəfli sazişlər toplusu Bakı ilə İrəvan arasında barışıq üçün alternativ olmayan “yol xəritəsi”dir. Bu sazişlər qüvvədə qalır, tərəflərdən heç bir tərəf imzasını geri götürməyib”, - Zaxarova vurğulayıb.
O əlavə edib ki, müvafiq sazişlər nəqliyyat və iqtisadi əlaqələrin blokunun açılması və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlıdır.
Bundan əlavə, tərəflər iki respublika arasında sərhədin delimitasiyası üçün birgə tədbirlər görməyə, ekspertlər və ictimaiyyət nümayəndələri vasitəsilə dialoqu inkişaf etdirməyə razılaşıblar.
AzVision.az
Teqlər: