Humanitar böhran riski olan ölkələrin siyahısı açıqlanıb
"Afrikada olan 20 ölkə dünya əhalisinin təxminən 10%-ni, köçkünlərin 70%-ni, humanitar ehtiyacların isə 86%-ni təşkil edir”, - deyə IRC-nin press-relizində deyilir.
Siyahıda birinci yerdə hərbi əməliyyatlara görə Sudandır. "Minimum beynəlxalq diqqət və regional təsir riski”nə görə 2024-cü ildə 25 milyon insanın humanitar yardıma ehtiyacı olacağı və köçkünlərin sayının 6 milyona çatacağı təxmin edilir. İkinci yerdə olan Fələstində ən azı 3 milyon köçkünün yardıma ehtiyacı ola bilər. Ərəb ölkəsi səhiyyə sisteminin çökməsi riski ilə üz-üzədir.
Üçüncü yeri əhalisi silahlı münaqişə və iqlim dəyişikliyinin nəticələrindən əziyyət çəkməyə davam edən Cənubi Sudan tutub. Bundan əlavə, 2024-cü ildə ölkədə "El Niño" fenomeninin səbəb olduğu daşqınlar ola bilər".
İlk 10-luğa həmçinin Burkina Faso, Myanma, Mali, Somali, Niger, Efiopiya və Konqo Demokratik Respublikası daxil olub.
AzVision.az
Teqlər: