İsrail HƏMAS liderinin yerini deyənə 400 min mükafat verəcək

   İsrail HƏMAS liderinin yerini deyənə    400 min mükafat verəcək
  15 Dekabr 2023    Oxunub:836
İsrail Fələstinin HƏMAS qruplaşmasının lideri və təşkilatın hərbi qanadının qurucularından biri Yəhya Sinvarın harada olduğu barədə məlumat verənə 400 min dollar mükafat təklif edə bilər.
Bu barədə İsrailin “The Times of Israel” qəzeti yazıb.

Nəşrin məlumatına görə, sosial şəbəkələrdə İsrail ordusu adından vərəqələrin fotoları peyda olub. Orada telefon nömrəsi və Telegram əlaqəsi qeyd edilib, onların vasitəsilə Sinvarın hazırda harada yerləşdiyi barədə məxfi məlumat verilə bilər. Times of Israel bu vərəqələrin həqiqiliyini təsdiq edə bilməyib.

Bundan əlavə, vərəqədə HƏMAS lideri Məhəmməd Sinvarın hərəkatın cənub briqadasına rəhbərlik edən qardaşı üçün də mükafat təklif olunur. Onun məlumatları üçün 300 min dollar vəd edirlər.

Siyahıya həmçinin Xan Yunis şəhərindəki HƏMAS batalyonunun komandiri Rafa Salameh (200 min dollar) və hərəkatın hərbi qanadının digər lideri Məhəmməd əd-Deif (100 min dollar) da daxildir.

Noyabrda The Guardian qəzeti Sinvarı və hərəkatın hərbi qanadı "Əl-Qəssam briqadası" nın rəhbəri Məhəmməd əd-Deifi Həmas-ın oktyabrın 7-də İsrailə hücum planının müəllifləri kimi göstərmişdi.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti