Ukraynalı deputat iclasda qumbara partlatdı: Yaralananlar var

   Ukraynalı deputat iclasda qumbara partlatdı:    Yaralananlar var
  15 Dekabr 2023    Oxunub:1400
Ukraynanın Zakarpatiya vilayətində deputat Keretsk kənd sovetinin binasında iclas zamanı üç ədəd qumbara partladıb.
Bu barədə Ukrayna Milli Polisinin “Telegram” kanalında məlumat verilib.

“Bu gün saat 11:37-də “102” xəttinə deputatlardan birinin sessiyanın iclası zamanı Mukaçevo rayonunun Keretsk kənd sovetinin binasında qumbara partlatması barədə məlumat daxil olub”, - deyə məlumatda bildirilir.

Zakarpatiya polisindən verilən məlumata görə, partlayış nəticəsində 26 nəfər yaralanıb, onlardan altısının vəziyyəti ağırdır. Deputat özü də ağır xəsarətlər alıb.

İlkin ehtimallara görə, qumbaranı partladan şəxs Ukrayna Prezidenti Volodimir Zelenskinin rəhbərlik etdiyi hakim “Xalqın xidmətiçisi” partiyasından olan deputat Sergey Batrindir.

Hadisə yerində istintaq-əməliyyat qrupu və kriminalistlər işləyirlər.

Hadisənin səbəbləri hələlik məlum deyil.





AzVision.az


Teqlər:





Xəbər lenti