Aİ-nin 26 ölkəsi Ukraynaya yardım üçün əlavə ianə verməyə hazırdır

Aİ-nin 26 ölkəsi Ukraynaya yardım üçün əlavə ianə verməyə hazırdır
  15 Dekabr 2023    Oxunub:1174
Avropa İttifaqının (Aİ) 26 ölkəsi Aİ-də büdcə qaydalarının sadələşdirilməsi müqabilində Ukraynaya yardımı davam etdirmək üçün birliyin büdcəsinə əlavə ianə verməyə hazırdır.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Aİ sammitinin yekununda bildirib.

“Avropa Komissiyası iyun ayında Aİ-də büdcənin gücləndirilməsini təklif edib. Təbii ki, bunun birinci prioriteti Ukrayna, onun dəstəklənməsi, eyni zamanda miqrasiya və rəqabət qabiliyyətinin artırılması olacaq və biz faiz dərəcələrini artırmaq üçün büdcəni artırmalıyıq. Macarıstan xaric, 26 ölkə əlavə büdcə maliyyələşdirməsi ilə bağlı razılıq verib”, - o deyib.

Diplomat vurğulayıb ki, Avropa Komissiyası yeni maliyyə almaqla yanaşı, mövcud Aİ proqramlarında vəsaitlərin yenidən bölüşdürülməsi ilə bağlı çətin qərarlar qəbul edəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti