Yunanıstan 5,29 milyard avroluq krediti vaxtından əvvəl bağlayıb
Xatırladaq ki, Yunanıstan 2010-cu ilin mayında razılaşdırılmış və Avrozona ölkələrindən (52,9 milyard avro) və Beynəlxalq Valyuta Fondundan (20,1 milyard avro) ikitərəfli kreditləri əhatə edən ilk makromaliyyə yardım paketi çərçivəsində kredit almışdı.
Bu, Yunanıstan hökumətinin bu istiqamətdə artıq ikinci təşəbbüsüdür. Belə ki, bundan əvvəl onlar 2022-ci ildə GLF kreditlərinin bir hissəsinin vaxtından əvvəl ödənilməsini həyata keçirmişdi.
Yunanıstan, həmçinin keçən il BVF-dən aldığı bütün kreditləri də vaxtından əvvəl tam ödəyib.
Yunanıstanın milli iqtisadiyyat və maliyyə naziri Kostis Hatzidakis bildirib ki, kreditlərin vaxtından əvvəl ödənilməsi ölkə iqtisadiyyatının yüksəliş trayektoriyasını təsdiq edir və gələcək illər üçün daha da müsbət perspektivə töhfə verir.
AzVision.az
Teqlər: