ABŞ-da qripə yoluxan 2300 nəfər ölüb
CDC həftəlik hesabatında qeyd olunub ki, mövsümi qrip ölkənin əksər bölgələrində, cənub-şərq və cənub-mərkəzi bölgələrdə böyük intensivliklə yayılmaqda davam edir.
Dekabrın 9-da bitən həftə ərzində uşaqlarda qriplə bağlı iki ölüm hadisəsi qeydə alınıb və bununla da 2023-2024-cü illər mövsümündə uşaq ölümlərinin ümumi sayı 14-ə çatıb.
CDC böyüklərə və uşaqlara hər il qripə qarşı peyvənd olunmağı tövsiyə edir.
AzVision.az
Teqlər: