London və Vaşinqton İranın dəstəklədiyi qüvvələri hədəfə götürüb

London və Vaşinqton İranın dəstəklədiyi qüvvələri hədəfə götürüb
  16 Dekabr 2023    Oxunub:1266
ABŞ xəzinədarlığının xarici aktivlərə nəzarət idarəsi və Böyük Britaniyanın xarici işlər nazirliyi birgə addım ataraq SEPAH-ın Qüds qüvvələri, “HƏMAS” və “İslami Cihad” hərəkatına qarşı yeni sanksiyalar tətbiq edib.
AzVision.az
ABŞ xəzinədarlığının yaydığı məlumata istinadən xəbər verir ki, bu, Britaniya hökumətinin İranın “HƏMAS” və “İslami Cihad”-a dəstəyini hədəfə götürən ilk birbaşa addımdır.

Britaniya xarici işlər nazirliyinin bəyanatında İrana qarşı yeni sanksiyalar rejiminin tətbiq olunacağı, təzyiq göstərmək və İran hakimiyyətini məsuliyyətə cəlb etmək üçün hökumətə geniş səlahiyyətlər veriləcəyi açıqlanıb.

“İranın qərar qəbul edən şəxsləri və onlara bağlı məmurlar sanksiyalara məruz qalacaq, İranda PUA istehsalı və digər ölkələrə təhvil verilməsi hədəfə alınacaq. ABŞ hökuməti ilə əməkdaşlıq çərçivəsində SEPAH Qüds qüvvələrinin komandanı və HƏMAS və İslami Cihadla əlaqəli digər İran rəsmiləri hədəf alınacaq”, - bəyantada deyilir.

London bildrirb ki, İrana qarşı yeni sanksiyalar rejiminin məqsədlərindən biri Tehranın misli görünməmiş təhdidləri, bütün Yaxın Şərqdə sülh və təhlükəsizliyi təhlükə altına almaq və İran agentlərinin Britaniya torpaqlarında insanları öldürmək üçün çoxsaylı planları ilə mübarizə aparmaqdır.
AzVision.az




Teqlər: ABŞ   Britaniya  





Xəbər lenti