“Mossad” rəhbəri Qətər nümayəndələri ilə danışıqlar aparacaq

   “Mossad” rəhbəri Qətər nümayəndələri ilə danışıqlar aparacaq
  16 Dekabr 2023    Oxunub:1173
İsrailin kəşfiyyat və xüsusi tapşırıqlar idarəsinin (“Mossad”) rəhbəri David Barnea Avropaya yollanıb və orada Qətər nümayəndələri ilə HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı yeni razılaşma üzrə danışıqlar aparacaq.
AzVision.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Daha əvvəl İsrail KİV-ləri məlumat vermişdi ki, Qətər və Misirdən olan nümayəndələr ötən həftə sonu İsraillə əlaqə saxlayıb. Onlar İsrail tərəfindən Qəzza zolağında hələ də saxlanılan girovların azad edilməsi ilə bağlı mümkün yeni razılaşma üzrə danışıqları bərpa etməyə hazır olub-olmadığını soruşublar.

AzVision.az


Teqlər:





Xəbər lenti