Zahidanda etnik bəluclar səssiz etiraz yürüşü keçiriblər - VİDEO

Zahidanda etnik bəluclar səssiz etiraz yürüşü keçiriblər -    VİDEO
  16 Dekabr 2023    Oxunub:1363
Bu gün Zahidanda etnik bəluclar cümə namazından sonra sünni din xadimi Mövləvi Əbdülhəmidin çağırışı ilə səssiz yürüş şəklində etirazlarını nümayiş etdiriblər.
AzVision.az “Azad İran” teleqram-kanalına istinadən xəbər verir ki, Sistan və Bəlucistan əyalətinin şəhərlərində görülən təhlükəsizlik tədbirləri “Ceyş əl-Ədl” qruplaşmasının əyalətin Rask şəhərində polis qərargahına silhalı hücumundan sonra daha da artırılıb.

Zahidan şəhərinin cümə imamı Mövləvi Əbdülhəmid sözügedən hücum zamanı 12 polis əməkdaşının öldürülməsindən və 7 polis əməkdaşının yaralanmasından təəssüfləndiyini bildirərək, bu hadisənin əyalətdə təhlükəsizliyin pozulmasına səbəb olmamasını vurğulayıb.

Yeri gəlmişkən, BMT baş katibinin sözçüsü Stefan Dujarric keçirdiyi mətbuat konfrnasında qurumun Raskdakı polis qərargahına hücumu pislədiyini bildirərək, günahkarların cəzalandırılmasının vacibliyini vurğulayıb.
AzVision.az


Teqlər: bəluclar   nümayiş  





Xəbər lenti