Küveyt əmiri Şeyx Nəvaf vəfat edib

Küveyt əmiri Şeyx Nəvaf vəfat edib
  16 Dekabr 2023    Oxunub:1730
Küveyt əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah 86 yaşında vəfat edib
AzVision.az xəbər verir ki, Bu barədə “Əl Qabas” qəzeti məlumat yayıb.

"Reuters"in məlumatına görə, Küveyt televiziya kanalları ərəb dövlətinin hakim ailəsinin üzvünün ölümünü bildirən Quran ayələrinin oxunması üçün dayandırılıb.

Daha sonra Əmir İşləri Naziri Əli əl-Cərah dövlət televiziyasında əs-Sabahın xatirəsinə nekroloq oxuyub. KİV-in məlumatına görə, 86 yaşlı Küveyt əmiri əməliyyatdan sonra müalicə aldığı ABŞ-da dünyasını dəyişib.

Xatırladaq ki, Küveytin keçmiş vəliəhd şahzadəsi Şeyx Nəvaf 3 il öncə 91 yaşında vəfat edən ögey qardaşı Şeyx Səbah Əl-Əhməd Əs-Sabahın yerinə keçmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti