HƏMAS-ın İsrailə hücumundan sonra İranın neft ixracı azalıb

HƏMAS-ın İsrailə hücumundan sonra İranın neft ixracı azalıb
  16 Dekabr 2023    Oxunub:1218
Bu ilin payızından, xüsusən də HƏMAS-ın qrupunun İsrailə hücumundan sonra İranın xam neft ixracının azalması fonunda neft hasilatının artımı da dayanıb.
AzVision.az OPEC-in rəsmi saytında dərc olunan son statistikaya istinadən xəbər verir ki, İranın gündəlik neft hasilatı yayda 305 min barrel artdığı halda, payızda ölkənin neft ixracı azalıb və neft hasilatının artımı demək olar ki, dayanıb.

İranın xam neft hasilatı noyabrda əvvəlki ayla müqayisədə cəmi 7 min barrel artıb ki, bu da 0,02% deməkdir. Bu arada İran neftinin qiyməti əvvəlki ayla müqayisədə 6 dollar 55 sent və ya 7% ucuzlaşıb.

Co Baydenin enerji təhlükəsizliyi məsələləri üzrə müşaviri Amos Xoxşteyn təxminən bir ay əvvəl “Bloomberg” agentliyinə verdiyi müsahibədə ABŞ-nin sanksiyalarının İranın neft ixracını yenidən azaldacağını bildirib.

ABŞ sanksiyalarından əvvəl İran gündə 2,5 milyon barrel neft ixrac edirdisə, 2019-cu ilin sonlarında bu rəqəm 300 min barrelə qədər azaldı.

Lakin Co Bayden administrasiyasının JCPOA-nı (İranın nüvə problemi üzrə 5+1 formatı) canlandırmaq səyləri fonunda İranın neft ixracı, xüsusən də bu yay yüksəlməyə başlamışdı.
AzVision.az


Teqlər: İran   neft  





Xəbər lenti