Qarabağı könüllü tərk etmiş ermənilər Rusiya, Fransa və digər ölkələrə gedir

Qarabağı könüllü tərk etmiş ermənilər Rusiya, Fransa və digər ölkələrə gedir
  16 Dekabr 2023    Oxunub:1314
Qarabağı könüllü tərk etmiş ermənilərin Ermənistandan axını müşahidə olunur.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın "Joxovurd" qəzeti məlumat yayıb.

Bildirilib ki, Qarabağı könüllü tərk etmiş ermənilər Rusiya, Fransa və başqa ölkələrin səfirliklərinə sığınacaq üçün müraciət ediblər.

Qəzet, həmçinin, Ermənistanın Statistika Komitəsinə istinadən yazır ki, 2022-ci ildə 950 əcnəbi vətəndaş Ermənistandan sığınacaq istəyib. Bunların 472-si Ukrayna, 199-u İraq, 101-i İran, 18-i isə Rusiya vətəndaşı olub.

AzVision.az


Teqlər:





Xəbər lenti