İranda hərbi təyyarə qəzaya uğrayıb - VİDEO

   İranda hərbi təyyarə qəzaya uğrayıb -    VİDEO
  16 Dekabr 2023    Oxunub:1067
İranın Fars əyalətinin Kazerun şəhərində hərbi təyyarə qəzaya uğrayıb.

AzVision.az “Mehr News” informasiya portalının yaydığı məlumata istinadən xəbər verir ki, Fars əyalətinjn hava limanının baş direktoru Fəxrəddin Keşavərz texniki nasazlığı olan təyyarənin Şiraz şəhərinin Kazerun gölü yaxınlığında qəzaya uğradığını bildirib.

Hadisənin təlim uçuşu zamanı baş verdiyi və insan itkisi olmadığı açıqlanıb.

Rusiyanın istehsal etdiyi “Sukhoi” qırıcı təyyarəsinin SEPAH-ın aeroksomik qüvvələrinə məxsus olduğu bildirilir.

AzVision.az


Teqlər: İran   təyyarə  





Xəbər lenti