Türkiyəli professor: "Qızılcaya qarşı ən təsirli tədbir peyvənddir"

      Türkiyəli professor:    "Qızılcaya qarşı ən təsirli tədbir peyvənddir"
  16 Dekabr 2023    Oxunub:1244
Qızılcaya qarşı ən təsirli qorunma üsulu peyvənddir. Xüsusilə peyvənd olunmayanlar mütləq qızılca peyvəndi vurdurmalıdır.
AzVision.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu sözləri Türkiyənin Səhiyyə Nazirliyinin Koronavirusla Mübarizə üzrə Elmi Komitəsinin üzvü professor Ateş Qara söyləyib.

O, qızılcanın asanlıqla yayıla bilən xəstəlik olduğunu bildirib: “Qızılca xəstəliyinə tutulan şəxs 12-18 nəfəri birdən yoluxdura bilir. Bu o deməkdir ki, qızılca peyvəndi vurulmayıbsa və ətrafda xəstəlik müşahidə olunursa, yoluxma və yoluxdurma ehtimalı böyükdür. Buna görə də qızılcaya qarşı ən təsirli və ən güclü tədbir peyvənd olunmaqdır.

Avropada qızılca xəstəliyinin artdığını bildirən professor, bunun Türkiyə və Azərbaycanda da müşahidə edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, uşaqların bəzi xəstəliklərə tutulma ehtimalının daha çox olduğu bir dövrdə yaşayırıq: “Həm fəsil dəyişkənliyi, həm də havanın soyuqluğunun aşağı temperaturda olması və sürətli keçidlər uşaqların daha asan infeksiyalara yoluxmasına səbəb ola bilir”, - deyə A.Qara əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti