NATO: "ABŞ-nin Polşadakı bazası İranın ballistik təhlükəsinə qarşıdır"

  NATO:  "ABŞ-nin Polşadakı bazası İranın ballistik təhlükəsinə qarşıdır"
  16 Dekabr 2023    Oxunub:1185
Amerikanın Polşadakı raket hücumu əleyhinə bazası rəsmi olaraq işə başlayıb.
AzVision.az xəbər verir ki, “Euronews” telekanalı bununla bağlı süjet nümayiş etdirib.

Polşanın şimalındakı “Rajkovo” aviabazası Avropada bu tipli ikinci ABŞ bazası olacaq. Bu bazaların ilk nümunəsi Rumıniyanın cənubunda yerləşir.

NATO ABŞ istehsalı olan “Aegis” raket sisteminin İranın ballistik raketlərindən qorunmaq məqsədi ilə hər iki oölkədə yerləşdirildiyini bildirib.

Rumıniya və Polşadakı bazaların Türkiyədəki radar mərkəzinin, Almaniyadakı komanda mərkəzinin və ABŞ hərbi dəniz qüvvələrinin gəmilərini əhatə edən raketdən müdafiə sistemlərinin bir hissəsi olduğu vurğulanır.

Lakin qəti şəkildə Polşa və Rumıniyada ABŞ bazalarının yerləşdirilməsinə qarşı çıxan Rusiya onları öz təhlükəsizliyinə cox ciddi təhdid hesab edir.

Yeri gəlmişkən, Rusiyanın Ukraynaya hərbi müdaxiləsini şərtləndirən əsas amillərdən biri də məhz sözügedən bazalardır.
AzVision.az



Teqlər: Polşa   baza  





Xəbər lenti