ABŞ esminesi Qırmızı dənizdə 14 PUA vurdu

ABŞ esminesi Qırmızı dənizdə 14 PUA vurdu
  16 Dekabr 2023    Oxunub:1650
Bu gün Qırmızı dənizdəki ABŞ esminesi Yəməndə husilərin nəzarətində olan ərazidən buraxılan 14 PUA-nı vurub.
AzVision.az xəbər verir ki, bu barədə Pentaqonun Mərkəzi Komandanlığı məlumat yayıb.

“Dekabrın 16-da səhər saatlarında ABŞ-ın “Carney” esminesi Qırmızı dənizə Yəməndə husilərin nəzarətində olan ərazidən buraxılan 14 PUA-nı uğurla vurub”, - məlumatda bildirilib.

Bildirilib ki, vurulan pilotsuz uçuş aparatları hücum xarakterli dronlar olub. Qırmızı dənizdə gəmilərə heç bir ziyan dəyməyib.

AzVision.az



Teqlər: ABŞ   Esmines   PUA  





Xəbər lenti