Suriyadakı ABŞ bazaları raket atəşinə tutulub

Suriyadakı  ABŞ bazaları raket atəşinə tutulub
  16 Dekabr 2023    Oxunub:1359
ABŞ-ın Suriyadakı iki bazası raket atəşinə tutulub.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yerli mənbələrə istinadən xəbər verib.

Belə ki, Suriyanın şimal-şərqindəki Əz-Həsəkə şəhərindəki Əl-Zəxriyə hava limanındakı Amerika bazası raket atəşinə məruz qalıb. Raketlərin əksəriyyəti bazaya düşüb.

ABŞ-ın Deyr əz-Zor əyalətindəki “Ömər” neft yatağındakı bazası da atəşə məruz qalıb. Yatağın ərazisinə dörd raket düşüb.

AzVision.az



Teqlər: ABŞ   Suriya   Baza   Atəş  





Xəbər lenti