Polşa Seymini partladacağını yazan şəxsə ittiham irəli sürülüb
Varşava Regional Prokurorluğunun mətbuat katibi Şimon Banna bildirib ki, Varşava-Mokotov Rayon Prokurorluğu tərəfindən aparılan intensiv istintaq səyləri Yasek Ç-nin polis tərəfindən saxlanılmasına səbəb olub.
“Cəmi on saat ərzində aparılan çoxsaylı sübut tədbirləri, o cümlədən Yasek Ç.-dən götürülən mobil telefonun yoxlanılması onun bu paylaşımların müəllifi olduğunu sübut edir”, - prokuror deyib.
Onun sözlərinə görə, Yasek Ç. Varşavanın Varşava-Mokotov rayon prokurorluğuna aparılıb və orada iki ittihamla tanış olub.
AzVision.az