Ekvadorda Britaniyanın fəxri konsulu qaçırıldı

   Ekvadorda Britaniyanın fəxri konsulu qaçırıldı
  17 Dekabr 2023    Oxunub:1124
Böyük Britaniyanın Quayakildəki fəxri konsulu Kolin Armstronq Ekvadorda qaçırılıb. Bu barədə “El Universo” qəzeti yazır.
Jurnalistlərin məlumatına görə, insident dekabrın 16-da səhər tezdən Ekvadorun Los Rios əyalətində baş verib.

Öz növbəsində, Ekvador polisi sosial şəbəkələrdə iddia edilən cinayətlə əlaqədar Ekvador polisinin ixtisaslaşmış bölmələri tərəfindən istintaq tədbirləri həyata keçirildiyini bildirib.

Qəzet yazır ki, konsulla birlikdə daha bir nəfər qaçırılıb.

Böyük Britaniyanın Xarici İşlər və İnkişaf Nazirliyi britaniyalının yoxa çıxmasından sonra səlahiyyətlilərlə əlaqə saxladığını, lakin onun şəxsiyyətini və potensial cinayətin yerini təsdiq etməyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti