"Yeni ili bir qədəh şərabla qeyd edəcəyəm" - Putin

   "Yeni ili bir qədəh şərabla qeyd edəcəyəm" -    Putin
  17 Dekabr 2023    Oxunub:1414
Rusiya prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə müsahibəsində bildirib ki, o, Yeni ili yaxınları ilə birgə bir stəkan şampan şərabı ilə qeyd edəcək.
"Sevdiklərimlə birgə bir qədəh şampan, gündəlik mövzularda söhbətlərlə Yeni ili qeyd edəcəyəm",- o, Zarubinin Telegram kanalında yerləşdirdiyi "Rossiya 1"də yayımlanan "Moskva. Kreml. Putin" proqramının fraqmentində deyib.

Putin əlavə edib ki, o, hələ mağazaya getməyib və ya hədiyyələr seçməyib, lakin Yeni ili birlikdə qeyd etdiyi şəxslər üçün gözəl bir şey etməyə çalışacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti