"Rusiyanı 5 yerə bölmək və məhv etmək istəyirlər"

   "Rusiyanı 5 yerə bölmək və məhv etmək istəyirlər"
  17 Dekabr 2023    Oxunub:1788
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Qərb Rusiyanı hissələrə bölmək, özünə tabe etdirmək və resurslarından istifadə etməklə onu məhv etmək istəyir.
O, bu barədə “Rossiya 1”də yayımlanan “Moskva. Kreml. Putin” proqramında jurnalist Pavel Zarubinə müsahibəsində danışıb.

“Ən yaxşısı Rusiyanı ABŞ-ın məşhur siyasətçisi (Zbiqnev) Bzezinskinin təklif etdiyi kimi, beş yerə bölmək, bu hissələri ayrıca tabe etmək və resurslardan istifadə etməkdir.

Ancaq sonradan mənə bu anlayış gəldi ki, hər şeyin ayrı-ayrılıqda müstəqil çəkisi, müstəqil səsi olmayacaq və milli maraqları vahid Rusiya dövləti kimi müdafiə etməyəcək. Və ilkin yanaşma kifayət qədər sadəlövh idi”, - Putin bildirib.

Rusiya lideri ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib ki, əgər 2000-c ilə qayıtmaq fürsəti olsaydı, o, özünü Qərbə qarşı çox sadəlövh və inandırıcı olmaqdan çəkindirərdi.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti