Putin: Rusiya ya suveren olacaq, ya da ümumiyyətlə olmayacaq

      Putin:    Rusiya ya suveren olacaq, ya da ümumiyyətlə olmayacaq
  17 Dekabr 2023    Oxunub:1165
"Ruslar yadda saxlamalıdırlar ki, Rusiya ya suveren dövlət olacaq, ya da ümumiyyətlə olmayacaq. Bu postulat başda və ürəkdə olmalıdır".
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Vahid Rusiya” partiyasının 21-ci qurultayında çıxışı zamanı deyib.

“Biz xatırlamalı və heç vaxt unutmamalı və uşaqlarımıza öyrətməliyik: Rusiya ya özünü təmin edən, suveren dövlət olacaq, ya da ümumiyyətlə olmayacaq. Bu, hər zaman beynimizdə və qəlbimizdə olması lazım olan çox vacib bir şeydir. Buna görə də biz gələcəyimizi özümüz müəyyənləşdirəcəyik və yaradacağıq”.

Rusiya liderinin sözlərinə görə, bu, suveren dövlət dünyagörüşüdür, əsl vətəndaş birləşməsi və birgə iş üçün əsasdır.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti