Qəzzada daha 4 İsrail əsgəri həlak olub

Qəzzada daha 4 İsrail əsgəri həlak olub
  18 Dekabr 2023    Oxunub:1037
Qəzza zolağında baş verən döyüşlərdə İsrail Müdafiə Qüvvələrinin (IDF) daha 4 əsgəri həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Beləliklə, Qəzza zolağında quru əməliyyatı başlayandan bəri HƏMAS-a qarşı döyüşlər zamanı həlak olan İsrail əsgərlərinin sayı 126-ya çatıb.

Eyni zamanda, ordunun mətbuat xidmətinin məlumatına görə, yeni əməliyyat başlayandan bəri həlak olan İsrail əsgərlərinin sayı artıq 458-ə yüksəlib.

AzVision.az


Teqlər:





Xəbər lenti