Ağ Ev Baydenin kortejindəki qəzanın təfərrüatlarını açıqlayıb

   Ağ Ev Baydenin kortejindəki qəzanın təfərrüatlarını açıqlayıb
  18 Dekabr 2023    Oxunub:1187
Amerika prezidenti Co Baydenin Delaver ştatının Uilminqton şəhərindəki seçki kampaniyası qərargahından çıxarkən avtomobil kortejindəki maşınlarından birinə avtomobil çırpılıb.
AzVision.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat mərkəzi məlumat yayıb.

Qeyd olunur ki, avtomobil kortecin yolsuzluq avtomobilinə çırpılan an Baydenin çıxışı kəsilib. Jurnalistlərin sözlərinə görə, gurultu səsi eşidilib və prezident sifətində təəccüb ifadəsi ilə maşının yanında dayanıb. Təhlükəsizlik qüvvələri yerli dövlət nömrə nişanlı sedan Avtomobili mühasirəyə alıb cə sürücüyə silah tuşlayıb.

Prezidenti həyat yoldaşının olduğu maşına mindirib aparıblar. Hadisənin Baydenin iş qrafikinə təsir etmədiyi qeyd edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti