Asiyada təmiz hava üçün 28 trilyon dollar lazımdır

Asiyada təmiz hava üçün 28 trilyon dollar lazımdır
  18 Dekabr 2023    Oxunub:771
Asiya ölkələrinə xalis sıfır karbon emissiyasına nail olmaq üçün 4 katrilyon yen (28 trilyon dollardan çox) maliyyə və investisiyaya ehtiyacı olacaq.
Bunu Yaponiyanın baş naziri Fumio Kişida öz iqamətgahında Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) daxil olan ölkələrin liderləri ilə görüşündə deyib. Onlar Tokioda aralarında rəsmi əlaqələrin qurulmasının 50 illiyinə həsr olunmuş xüsusi Yaponiya-ASEAN sammitində iştirak ediblər.

Hazırkı iclasda Yaponiya Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, Asiya Sıfır Emissiyalar Birliyinin yaradılması elan edilib. Yaponiya və ASEAN-dan başqa, Avstraliya da ona qoşulmaq niyyətindədir.

Baş nazir Kişida toplantıda bildirib ki, karbon qazı emissiyalarından xilas olmaq Asiya üçün ortaq bir vəzifədir: “ Biz bunun üçün bütün mümkün texnoloji dəstəyi göstərmək və ümumi qanunvericilik bazasının inkişafına töhfə vermək niyyətindəyik. Karbon qazı emissiyalarının tamamilə aradan qaldırılması üçün 4 min trilyon yen tələb olunacaq və bunun üçün regionda bütün dünyadan vəsait cəlb edəcək nəhəng bazar yaradılacaq”.

AzVision.az


Teqlər:





Xəbər lenti