Zalujnının köməkçisinin ofisində dinləmə cihazı tapılıb

Zalujnının köməkçisinin ofisində dinləmə cihazı tapılıb
  18 Dekabr 2023    Oxunub:1255
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının köməkçisi Konstantin Buşuyevin iş otağında dinləmə qurğusu aşkar edilib.
Bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb. “Səs dinlənilməsi də Ali Baş Komandan Zalujnının şəxsi köməkçisi Konstantin Buşuyevin kabinetində tapılıb”, - nəşr yazıb.

Bundan əvvəl, Ukrayna Təhlükəsizlik Xidməti Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının ofisində dinləmə cihazları aşkar edildikdən sonra cinayət işi açıb.

Qeyd edək ki, hələlik Ukrayna tərəfi mətbuatda dərc edilən bu xəbərləri şərh etmir.


AzVision.az


Teqlər:





Xəbər lenti