Rusiyanın baş naziri Çinə gedir: Si Tsinpinlə görüşəcək

Rusiyanın baş naziri Çinə gedir:    Si Tsinpinlə görüşəcək
  18 Dekabr 2023    Oxunub:951
Rusiyanın baş naziri Mixail Mişustin Çinə səfər edəcək və orada Çin Xalq Respublikasının sədri Si Tsinpin və Dövlət Şurasının baş naziri Li Çianqla danışıqlar aparacaq.
Bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Səfər dekabrın 19-20-də baş tutacaq. Plana görə, iki ölkənin hökumət başçılarının 28-ci növbəti görüşü Pekində keçiriləcək. Gözlənilir ki, Si Cinpin və Li Qianqla danışıqlar zamanı humanitar və regionlararası mübadilələrə xüsusi diqqət yetirilməklə Rusiya-Çin münasibətlərinin inkişafı müzakirə olunacaq.

Tərəflər ticarət əməkdaşlığının genişləndirilməsinə və birgə iri layihələrin təşviqinə xüsusi diqqət yetirəcəklər. Bir sıra sənədlər, o cümlədən birgə kommünike imzalanacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti