Şolts koronavirusa yoluxub

   Şolts koronavirusa yoluxub
  18 Dekabr 2023    Oxunub:976
Almaniya kansleri Olaf Şolts koronavirusa yoluxub. Bu barədə kanslerin özü məlumat verib. O, koronavirus testinin müsbət çıxdığını bildirib.
Siyasətçi qeyd edib ki, hazırda təcrid olunmuş şəkildə işləməyi planlaşdırır.

Bazar ertəsi Almaniya Nazirlər Kabinetinin brifinqi zamanı hökumət sözçüsü Steffen Hebestreit kanslerin xəstəliyi ilə əlaqədar olaraq ötən çərşənbə axşamı elan edilmiş Slovakiyanın Baş naziri Robert Fikonun qəbulunda şəxsən iştirak edə bilməyəcəyini deyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti