Ərdoğan Macarıstana gedib

 Ərdoğan Macarıstana gedib
  18 Dekabr 2023    Oxunub:1238
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Macarıstana gedib.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Onu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto qarşılayıb.

Bir günlük səfər zamanı Ərdoğan Budapeştdə Macarıstan Prezidenti Katalin Novak və Baş nazir Viktor Orbanla görüşəcək.

Görüşlərdə Qəzza zolağındakı son vəziyyət və iki ölkə arasındakı siyasi, diplomatik və iqtisadi münasibətlər müzakirə ediləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti