Şahzadə Diananın paltarı 1,14 milyona satıldı

   Şahzadə Diananın paltarı 1,14 milyona satıldı
  18 Dekabr 2023    Oxunub:928
Şahzadə Diananın paltarı auksionda təxmini dəyərindən 11 dəfə çox olan 1,14 milyon dollara moda rekordu vurub. Bu barədə “Teleqraf” qəzeti yazır.
“1985-ci ildə Uels şahzadəsi Diananın geyindiyi paltar Hollivudda təxminindən 11 dəfə baha qiymətə moda rekordu vurdu. Julien's Auctions auksionunda qara məxmər balerina uzunluğunda olan ziyafət geyimi 1,14 milyon dollara satılıb,- nəşri qeyd edir.

Diana bu paltarı ilk dəfə 1985-ci ildə İtaliyada o zamanlar Uels şahzadəsi olan Çarlzla birlikdə kral turu zamanı geyinib.

Paltarı şahzadə Diananın sevimlilərindən olan modelyer Jak Azaqurinin komandası hazırlayıb.
Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti