Husilər gəmilərə hücum ediblər

Husilər gəmilərə hücum ediblər
  18 Dekabr 2023    Oxunub:961
Yəmən husiləri İsraillə əlaqəsi olduğu iddia edilən iki gəmiyə hücum edib.
Bu barədə hərəkatın rəsmi nümayəndəsi Yəhya Sariya bildirib. Onun sözlərinə görə, husilər iki təyyarə ilə “Swan Atlantic” neft tankerinə və “Clara” konteyner gəmisinə basqın edib.

Qeyd edək ki, Qəzza zolağında HƏMAS-İsrail münaqişəsinin şiddətlənməsindən sonra husilər İsrail ərazisinə hücum edəcəklərini və İsraillə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəklərini bildiriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti