KTMT iclas keçirir, Ermənistan isə iştirak etmir

   KTMT iclas keçirir, Ermənistan isə iştirak etmir
  19 Dekabr 2023    Oxunub:637
Dekabrın 19-da Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyası Şurasının iclası və KTMT PA-nın XVI plenar iclası keçiriləcək.
Gündəliyə KTMT-yə üzv dövlətlərin qanunvericiliyinin uyğunlaşdırılması və Təşkilatın məsuliyyət sahəsində təhlükəsizlik çağırışları və təhdidlərə qarşı mübarizə üçün nümunəvi qanunların hazırlanması məsələləri daxildir.

Ötən gün KTMT PA-nın sədri, Dövlət Dumasının sədri Vyaçeslav Volodin həmkarları - Parlament Assambleyasına üzv ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüş keçirib.

Bundan əvvəl məlum olub ki, Ermənistan parlamentinin sədri Alen Simonyan KTMT PA çərçivəsində keçiriləcək görüşlərdə iştirak etməyəcək və bu barədə Volodinə rəsmi məktubla məlumat verib. Ermənistan nümayəndə heyəti KTMT-nin iclaslarını boykot edir. Belə ki, baş nazir Nikol Paşinyan da Təşkilatın Minskdə keçirilən sammitində iştirak etməyib.

KTMT-yə 6 ölkə - Ermənistan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan daxildir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti