İranda təqaüdçülərin etirazlarının ardı-arası kəsilmir - VİDEO

   İranda təqaüdçülərin etirazlarının ardı-arası kəsilmir -    VİDEO
  19 Dekabr 2023    Oxunub:951
İran hökumətinin iqtisadi siyasəti cəmiyyətin həssas qruplarının güzəranını xeyli ağırlaşdırdığından son vaxtlar təqaüdçüləri etiraz aksiyaları intensivləşib.
AzVision.az “Azad İran” teleqram-kanalına istinadən xəbər verir ki, müavinətlərinin azlığından və hökumətin onların tələblərinə etinasız yanaşmasından narazı olan telekomunikasiya sahəsində çalışmış təqaüdçülər Tehranda etiraz aksiyası keçiriblər

Narazı təqaüdçülər hökumət rəsmilərinin sərt davranışını tənqid edən “Hərbi rejimli rəhbər istəmirik!” şüarını səsləndiriblər.

Bundan başqa, İsfahanın poladəritmə zavodunda çalışmış narazı təqaüdçülər də etiraz etiraz aksiyasına çıxıblar.


AzVision.az


Teqlər: İran   təqaüdçülər  





Xəbər lenti