"Konqres Amerikanın ən eksklüziv qocalar evidir" - Heyli lağ etdi

   "Konqres Amerikanın ən eksklüziv qocalar evidir" -    Heyli lağ etdi
  19 Dekabr 2023    Oxunub:830
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd, ölkənin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli özünün təşviqat videosunda hazırkı prezident Co Baydenin tutduğu vəzifəyə görə “çox yaşlı” olduğunu deyib və konqresi "Amerikanın ən eksklüziv qocalar evi" adlandırıb.
Bu barədə The Hill yazır.

"Mən sadəcə deyəcəm: Bayden çox qocalıb və Konqres Amerikanın ən eksklüziv qocalar evidir... Vaşinqton uğursuzluğa davam edir, çünki dünənki siyasətçilər bizi sabaha apara bilməzlər", - deyib. Onun sözlərinə görə, ABŞ-da müddət məhdudiyyətləri tətbiq etmək, həmçinin siyasətçilərin əqli qabiliyyətləri ilə bağlı testlər aparmaq lazımdır.

"Biz yeni nəsil və yeni mühafizəkar prezidentlə keçmişin xaosu və dramını geridə qoymalıyıq",- Heyli bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti