Norveç Rusiya təyyarəsini hava limanına buraxmadı

  Norveç Rusiya təyyarəsini hava limanına buraxmadı
  19 Dekabr 2023    Oxunub:850
Norveç hökuməti göyərtəsində ölmək üzrə olan bir adamın olduğu Rusiya təyyarəsinin hava limanına enməsinə icazə verməyib. Bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.
Məlumata görə, Nordwind Airlines şirkətinə məxsus təyyarə Moskvadan Kubanın Varadero kurortuna uçurmuş. Bir neçə saat sonra sərnişinlərdən birində xora yaranıb və daxili qanaxma başlayıb.Hadisə şahidlərinin sözlərinə görə, ekipajın Norveçin ən yaxın hava limanına enməsinə icazə verilməyib. Bundan sonra təyyarə geri dönüb və yenidən Moskvaya istiqamət alıb.

Təyyarə paytaxtın Şeremetyevo hava limanına enib. Huşunu itirmiş kişi dərhal xəstəxanaya çatdırılıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti