Husilər: Qırmızı dənizdə hücumları dayandırmayacağıq

      Husilər:    Qırmızı dənizdə hücumları dayandırmayacağıq
  19 Dekabr 2023    Oxunub:1283
İranın dəstəklədiyi Yəmən husiləri ABŞ-nin yeni dəniz mühafizə qüvvələri yaratmaq qərarına baxmayaraq, Qırmızı dənizdə gəmilərə hücumları dayandırmayacaqlarını açıqlayıb.
AzVision.az xəbər verir ki, husilərin yüksək rütbəli rəsmilərindən olan Məhəmməd Əl-Buxiti bu barədə “X” kanalında belə məlumta yayıb.

“Birləşmiş Ştatlar bütün dünyanı səfərbər etməyi bacarsa belə, hərbi əməliyyatlarımız dayanmayacaq...bu fədakarlıq bizə nəyin bahasına gəlirsə də gəlsin”, - Əl-Buxiti deyib.

HƏMAS-İsrail münaqişəsində husilər “İsrailə kömək göstərdiyinə” inandıqları və İsrail üçün nəzərdə tutulan bütün gəmilərə hücum edəcəklərini bildiriblər. Son zamanlar onlar dünya ticarətinin 12%-nin keçdiyi Qırmızı dəniz marşrutunda dəfələrlə ticarət gəmilərini hədəfə alıblar.

Qeyd edək ki, dünən Vaşinqton dənizdə patrul xidmətinin aparılması və Qırmızı dənizdən keçən gəmilərə raket və PUA-ların hücumlarına qarşı çıxmaq üçün 10 dövlətdən ibarət dəniz koalisiyasının yaradıldığını elan edib.

Bu xəbərə cavab olaraq husilərin baş müzakirəçisi Məhəmməd Əbd Salam “Reuters” agentliyinə bildirib ki, husilər dəniz koalisiyasının yaradılması qarşılığında Qəzza münaqişəsi ilə bağlı mövqelərini dəyişməyəcəklər.


“ABŞ-nin rəhbərliyi altında dəniz koalisiyasının yaradılması əslində lazımsızdır. Çünki Yəmənə bitişik bütün sular, İsrail gəmiləri və ya İsrailə doğru hərəkət edən gəmilər istisna olmaqla, gəmilər üçün təhlükəsiz ərazidir”, - Əbd Salam iddia edib.
AzVision.az


Teqlər:





Xəbər lenti