"Rusiya Avropa ilə döyüşməyəcək" - Putin

   "Rusiya Avropa ilə döyüşməyəcək" -    Putin
  19 Dekabr 2023    Oxunub:780
Moskva Avropa ilə döyüşməyi planlaşdırmır.
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin Kollegiya iclasında deyib.

“Birləşmiş Ştatlar Rusiyanın Avropa ilə yaxınlaşmasından çox narahat idi, onları Moskva qorxudurdu. Lakin Moskva Avropa ilə döyüşmək fikrində deyildi və indi də buna getməyəcək”, - o deyib.

Prezidentin çıxışının çox hissəsi Xüsusi Hərbi Əməliyyata (SVO) həsr olunub. O qeyd edib ki, xüsusi əməliyyat Müdafiə Nazirliyinin işində bir sıra çatışmazlıqları aşkar etməyə kömək edib.

AzVision.az


Teqlər:





Xəbər lenti