ABŞ-də fırtına nəticəsində ölənlər var

ABŞ-də fırtına nəticəsində ölənlər var
  19 Dekabr 2023    Oxunub:934
ABŞ-nin şimal-şərqində güclü fırtınalar nəticəsində azı 3 nəfər ölüb.
AzVision.az xəbər verir ki, bu barədə ABC televiziyası məlumat yayıb.

Məlumata görə, 600 mindən çox insan elektrik enerjisiz qalıb. Bölgədə güclü külək və daşqınlar yaşanıb.

Bildirilib ki, Nyu-York rəsmiləri daşqın xəbərdarlığı edib. Şəhər sakinlərinə şəxsi avtomobilləri ilə səyahət etməmək və ictimai nəqliyyatdan istifadə etmək tövsiyə olunur.

Qeyd edilib ki, regiondakı hava limanlarında 500-dən çox reys təxirə salınıb.

AzVision.az



Teqlər:





Xəbər lenti