İsveç məhkəməsi keçmiş iranlı məmurun ömürlük həbs cəzasını təsdiqləyib

İsveç məhkəməsi keçmiş iranlı məmurun ömürlük həbs cəzasını təsdiqləyib
  19 Dekabr 2023    Oxunub:748
İsveç Apellyasiya Məhkəməsi İranın sabiq prokuror müavini Həmid Nurinin ömürlük həbs cəzasını təsdiqləyib.
AzVision.az xəbər verir ki, 2019-cu ildə İsveçdə həbs olunan Həmid Nuri hərbi cinayətlərinə görə, mühakimə olunurdu.

2022-ci ilin iyulunda ona ömürlük həbs cəzası verilmişdi. Həmid Nuri 1988-ci ildə İran-İraq müharibəsi zamanı siyasi məhbusların kütləvi edamında və işgəncə edilməsində roluna görə, ömürlük həbs cəzasına məhkum edilib. Nuri həmin vaxt İranın prokuror müavini idi və məhbuslara işgəncə verməkdə və onları öldürməkdə təqsirli bilinib.

Qeyd edək ki, İran bir neçə isveçlini həbs edib və Stokholmun Nurini onlarla dəyişdirəcəyinə ümid edirdi.

AzVision.az



Teqlər:





Xəbər lenti