Türk Hava Yollarının 2 pilotu öldü, 1-i yaralandı - FOTO

   Türk Hava Yollarının 2 pilotu öldü, 1-i yaralandı -    FOTO
  19 Dekabr 2023    Oxunub:835
Türkiyədə vaş verən avtomobil qəzasında 2 pilot ölüb, 1-i yaralanıb.
AzVision.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulun Çatalca rayonunda baş verən hadisədə pilotlar eyni nəqliyyat vasitəsində olub.

Məlumata görə, Türk Hava Yollarının (THY) əməkdaşları olan Oğuzhan Dağ, Ekin Günəş və E.E., reysləri olmadığı vaxt səhər saatlarında eyni avtomobillə Çatalca istiqamətində irəliləyiblər.

Bu vaxt kapitan pilot E.E-nin idarə etdiyi avtomobil yük maşınının arxasına çırpılıb.

Dəhşətli qəzada Türkiyə Hava Yollarının kapitan pilotları Oğuzhan Dağ və Ekin Günəş hadisə yerində dünyasını dəyişib.

E.E isə xəstəxanaya çatdırılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti