Avropada qazın qiymətinə qoyulan məhdudiyyət daha bir il uzadılıb

   Avropada qazın qiymətinə qoyulan məhdudiyyət daha bir il uzadılıb
  19 Dekabr 2023    Oxunub:1019
Aİ ölkələrinin nazirləri təbii qaz qiymətlərinə qoyulan məhdudiyyətin 2024-cü il dekabrın 31-dək məhdudlaşdırılmasını nəzərdə tutan fövqəladə enerji tənzimləmə tədbirlərinin uzadılması ilə bağlı siyasi razılığa gəliblər.
AzVision.az bu barədə ANSA agentliyinə istinadən xəbər verir.

“İtaliya təbii qaz qiymətlərinə qoyulan məhdudiyyətin bir il müddətinə uzadılmasına nail olub. Bu gün Aİ-nin Enerji Şurasında yaşıl işıq yandırılıb”, - ölkənin ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratin deyib.

AzVision.az



Teqlər:





Xəbər lenti