Azərbaycan Rusiyaya 36 ton yumurta ixrac edib

   Azərbaycan Rusiyaya 36 ton yumurta ixrac edib
  19 Dekabr 2023    Oxunub:958
Azərbaycandan Rusiyaya 36 ton yumurta ixrac edilib.
Bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.

Bildirilib ki, dekabrın 19-da “Yaraq-Kazmalyar” sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycandan Rusiyaya 36 ton (612 min ədəd) yumurta gətirilib. Qeyd olunub ki, bu barədə razılıq “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli arasında bu ilin noyabrında aparılan danışıqlar zamanı əldə edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti